Bank Of Baku

Sənaye və Energetika Nazirliyində BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib

Sənaye və Energetika Nazirliyində BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib
# 14 fevral 2012 14:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir Natiq Əliyev BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul edib.

Görüşdə Azərbaycan və BƏƏ arasında enerji sahəsində ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Tərəflər energetika sahəsində ölkələrində həyata keçirilən layihələr və onların gedişi barədə məlumat veriblər. Görüşdə qarşılıqlı əməkdaşlığın bundan sonra da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR