Bank Of Baku

«Çıraq Neft Layihəsi» çərçivəsində yandırılacaq səmt qazının gündəlik həcmi 300 min kubmetr təşkil edəcək

«Çıraq Neft Layihəsi» çərçivəsində yandırılacaq səmt qazının gündəlik həcmi 300 min kubmetr təşkil edəcək
# 14 fevral 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «BP-Azerbaijan» şirkəti operator olduğu yataqlarda səmt qazının yandırılmasını tədricən azaldacaq. «APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin nümayəndəsi Mark Tomas bildirib.

Onun sözlərinə görə, «BP-Azerbaijan» şirkəti bu istiqamətdə işlərini davam etdirəcək ki, yandırılan səmt qazının həcmi bir qədər də azaldılsın: «Ötən il ərzində biz dənizdə hasil etdiyimiz səmt qazının gündə 10-12 mln. kubmetrini quruya nəql etmişik. Yandırdığımız səmt qazın həcmi isə ümumi hasilatın 6%-ni təşkil edib».

«Çıraq Neft Layihəsi» çərçivəsində səmt qazının yandırılmasına gəldikdə isə, M.Tomas bildirib ki, burada gündəlik yandırılan səmt qazının həcmi təxminən 200-300 min kubmetr təşkil edəcək: «Getdikcə səmt qazının yandırılmasının həcmi azaldılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR