Bank Of Baku

ABŞ 2025-2026-cı illər üçün neftin qiyməti üzrə proqnozunu artırıb

ABŞ 2025-2026-cı illər üçün neftin qiyməti üzrə proqnozunu artırıb
# 13 noyabr 2025 09:39 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 68,64 ABŞ dollarından 68,76 dollaradək artırıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 65,15 dollar (öncəki proqnoz – 65 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 54,92 dollar (öncəki proqnoz – 52,16 dollar), WTI-nın isə 51,26 dollar (öncəki proqnoz – 48,5 dollar) olacaq.

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR