Bank Of Baku

ABŞ-ın kommersiya neft ehtiyatları 425 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 425 mln. bareldən aşağı enib
# 20 noyabr 2025 10:34 (UTC +04:00)

ABŞ-da kommersiya neft ehtiyatları 3 426 min barel azalıb və 424 155 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 600 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR