Bank Of Baku

AÇG-də indiyədək 400 -dən artıq quyu qazılıb

AÇG-də indiyədək 400 -dən artıq quyu qazılıb
# 03 iyun 2026 10:49 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda indiyədək (01.05.2025 tarixinə) 400-dən çox quyu qazılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində jurnalistlər üçün təşkil olunan təqdimat zamanı bildirilib.

Qeyd olunub ki, hazırda AÇG-də 200-dən artıq aktiv quyu fəaliyyət göstərir. İndiyədək AÇG-dən 4,6 mlrd. bareldən çox neft hasil edilib.

Təqdimat zamanı vurğulanıb ki, AÇG-də neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığını təmin edilməsi üçün qabaqcıl texnologiyalar və innovativ həllər tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR