Bank Of Baku

AÇG yataqlar blokundan hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG yataqlar blokundan hasil olunan neft və qazın həcmi açıqlanıb
# 10 dekabr 2025 10:58 (UTC +04:00)

İndiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən səmt qazının təxminən 60 mlrd. kubmetri dövlətə təmənnasız ötürülüb.

"APA-Economics" xəbər verir ki, bunu III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edən BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı BP-nin operatoru olduğu AÇG layihəsi çərçivəsində 4,5 mlrd. barel neft hasil olunub.

Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, indiyədək "Şahdəniz" qaz-kondensat layihəsi çərçivəsində 257 mlrd. kubmetr qaz hasil olunub.

Vitse-prezident vurğulayıb ki, BP artıq 33 ildir Azərbaycanda çalışır və ölkədə apardığı əməliyyatları təhlükəsiz şəkildə həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR