2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Şahdəniz" yatağından qaz və kondensat satışından daxilolmalar artıb.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə Şahdəniz yatağından Fondun gəlirləri 437,1 milyon manat təşkil edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon manat və ya 3,3 % çoxdur.
Ötən ilin ilk yarısında bu göstərici 423,3 mln. manat təşkil etmişdi.
Qeyd edək ki, ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 mlrd. 953,4 mln. manat, o cümlədən, mənfəət neftinin və qazın satışından gəlirləri 4 mlrd. 947,6 mln. manat, bonus ödənişləri və tranzit gəlirləri 0,9 mln. manat, akrhesabı ödənişləri 4,9 mln. manat təşkil edib.