Bank Of Baku

Avropa Komissiyasının rəsmisi: Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur

Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero

© APA | Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero

# 01 iyun 2026 16:34 (UTC +04:00)

“Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı yeni əlaqələndirmə strategiyası enerji ilə yanaşı nəqliyyat və digər istiqamətləri də əhatə edir”.

Bunu Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero "APA-Economics"ə açıqlamasında bildirib.

Kristina Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur.

“Bu tərəfdaşlıq bərpa olunan enerji, interkonnektorlar və enerji keçidi sahəsində əməkdaşlığı əhatə edir. Eyni zamanda, Avropa İttifaqının Rusiya qazından imtina prosesində qaz idxalı da mühüm əhəmiyyət daşıyır və bu baxımdan Azərbaycanla tərəfdaşlıq çox vacibdir”, - o vurğulayıb.

Aİ rəsmisinin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq iki əsas istiqamətə söykənir: “Gələcəyin təmiz enerjisi, bərpa olunan enerji mənbələri və enerji bağlantıları, həmçinin hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan qaz tədarükü...”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR