Bank Of Baku

Avropada “qızıl hərarəti”: investisiya fondlarına maraq yenidən artıb

Avropada “qızıl hərarəti”: investisiya fondlarına maraq yenidən artıb
# 11 avqust 2026 09:49 (UTC +04:00)

İyul ayında qlobal investorlar fiziki qızılla təmin olunan birjada ticarət olunan investisiya fondlarına (Exchange-Traded Funds, ETF) yenidən vəsait yatırmağa başlayıblar.

APA-Economics” Dünya Qızıl Şurasının (World Gold Council) hesabatına istinadən xəbər verir ki, iyul ayında qlobal qızıl ETF-lərinə 3 mlrd. ABŞ dolları həcmində xalis vəsait daxil olub. Bununla da əvvəlki iki ayda qeydə alınmış xalis vəsaitlərin geri çəkilməsini kompensasiya edilib.

Vəsait daxilolması bütün regionlar üzrə qeydə alınıb. Ən böyük artım Avropada qeydiyyatdan keçmiş fondların payına düşüb. Avropa fondlarına iyul ayında 2 mlrd. ABŞ dolları daxil olub. Bu, cari ildə region üzrə ikinci ən yüksək aylıq vəsait daxilolmasıdır. Böyük Britaniya fondlarına 875 mln. ABŞ dolları, İsveçrə fondlarına isə 657 mln. ABŞ dolları daxil olub.

“Vəsait daxilolması və qızılın qiymətinin artması fonunda qlobal qızıl ETF-lərinin idarəetmə altında olan aktivlərinin (Assets Under Management, AUM, yəni fondların idarə etdiyi aktivlərin ümumi dəyəri) həcmi iyul ayında 1% artaraq 530 mlrd. ABŞ dollarına çatıb”, - hesabatda qeyd olunur.

Eyni dövrdə, yəni yalnız iyul ayında, qızılla təmin olunan qlobal ETF-lərin ümumi qızıl ehtiyatları 23 ton artaraq 4 068 tona çatıb. Bununla belə, iyul ayının sonuna olan bu göstərici 27 fevral 2026-cı ildə qeydə alınmış 4 176 tonluq rekord səviyyədən aşağı olub.

Hesabatda bildirilir ki, 2026-cı ilin əvvəlindən iyul ayının sonuna qədər qlobal qızıl ETF-lərinə daxil olan vəsaitin ümumi həcmi 11 mlrd. ABŞ dolları təşkil edib. Bu dövrdə qlobal qızıl ETF-lərinin ümumi qızıl ehtiyatları 39 ton artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR