Bank Of Baku

Avropada təbii qazın qiyməti 650 dolları ötüb

Avropada təbii qazın qiyməti 650 dolları ötüb
# 03 mart 2026 12:09 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 3 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 656 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 20% çoxdur.

Belə dinamika İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatları fonunda müşahidə olunub.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR