Bank Of Baku

"Azəralüminium"un ixrac gəlirləri 14% azalıb

"Azəralüminium"un ixrac gəlirləri 14% azalıb
# 30 iyun 2025 16:54 (UTC +04:00)

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən "Azəralüminium" MMC bu ilin yanvar-may aylarında 54,4 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın iyun sayında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 13,8% azdır.

Qeyd edək ki, "Azəralüminium" MMC 2008-ci ildə yaradılıb. Şirkət bu ilin aprel ayına qədər "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyində olub. "Azərbaycan Sənaye Korporasiyası" ləğv edildikdən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR