Azərbaycan iyulda “OPEC+” kvotasından 8,5 min tondan artıq geri qalıb

Azərbaycan iyulda “OPEC+” kvotasından 8,5 min tondan artıq geri qalıb
# 09 avqust 2024 10:17 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 8 578 ton geridə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR