Bank Of Baku

Azərbaycan neft məhsullarının ixracını 30% artırıb

Azərbaycan neft məhsullarının ixracını 30% artırıb
# 16 dekabr 2025 11:14 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 390 340,07 min ABŞ dolları dəyərində 671 080,85 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,1%, həcmi isə 30%-ə yaxın çox olub.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR