Paşha Bank
Bank Of Baku

Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb
# 15 oktyabr 2026 10:38 (UTC +04:00)

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.

Hesabat dövründə qaz hasilatının 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur. “Şahdəniz” yatağında hasilat 1,4% azalaraq 20,6 milyard kubmetr, “Abşeron” yatağında isə dəyişməyərək 1,2 milyard kubmetr təşkil edib. SOCAR-ın hasilatı isə 10,2% azalaraq 5,3 milyard kubmetrə enib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib.

Bu ilin 9 ayında xaricə 18,4 milyard kubmetr qaz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.

İxracın 8,6 milyard kubmetri Avropanın payına düşüb ki, bu da illik müqayisədə 8,5% azdır. Türkiyəyə qaz ixracı 4,1% azalaraq 7 milyard kubmetr, o cümlədən TANAP kəməri vasitəsilə ixrac 2,3% azalaraq 4,2 milyard kubmetr təşkil edib. Gürcüstana ixrac isə təxminən 1,6 milyard kubmetr səviyyəsində qalıb.

Bundan əlavə, hesabat dövründə Suriyaya 1,2 milyard kubmetr təbii qaz ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR