Bank Of Baku

Azərbaycanda bu il 14 mln. tona yaxın neft hasil edilib

Azərbaycanda bu il 14 mln. tona yaxın neft hasil edilib
# 14 iyul 2025 11:17 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Məlumata görə, bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR