Bank Of Baku

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
# 14 noyabr 2025 17:11 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 817,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 1% çoxdur.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,4% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.

Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR