Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL
# 14 oktyabr 2025 16:34 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 502,9 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,1% artım deməkdir.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 19 817,2 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (göstərici dəyişməyib).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 16 919,5 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,4% azdır.

Qeyd etmək lazımdır ki, cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

Azərbaycanda elektrik enerjisinin istehsalı:

Məhsul növləri

2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Elektrik enerjisi, mln. kVt.s

20502,9

100,1

ondan əmtəəlik

19817,2

100

istilik elektrik stansiyalarının istehsalı

16919,5

99,6

ondan:

tullantıların yandırılmasından alınan elektrik enerjisi

159,0

98,7

su elektrik stansiyalarının

istehsalı

2382,6

101,5

külək elektrik stansiyalarının istehsalı

31

73,6

günəş elektrik stansiyalarının istehsalı

484,1

112

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR