Bank Of Baku

Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb

Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb
# 14 iyul 2025 11:30 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,6 min ton və ya 570 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 61,9 min tonunu (457 min barel) xam neft, 13,7 min tonunu (113 min barel) kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan iyun ayında "OPEC+" çərçivəsində kvotasından 94 min barel və 12 359 ton geri qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR