Bank Of Baku

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 12%-dən çox artıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 12%-dən çox artıb - CƏDVƏL
# 15 avqust 2025 16:11 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-iyul aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1306,2 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,3%, kimya sənayesi məhsullarının istehsalı 10,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 5,3% artıb.

Kimya sənayesi məhsullarının istehsalının dinamikası (əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə):

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 9,2%, etilen istehsalı 8,1%, lak-boya məmulatlarının istehsalı 6,5%, karbamid istehsalı isə 1,9%, artıb.

Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:

Məhsul növləri

2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

26506,8

105,1

29

ondan azot, min kub metr

14 195

101,8

24

Lak-boya məmulatları, ton

21 889,2

106,5

551,9

Qeyri-üzvi kimyəvi maddələr, ton

13 520

70

6 130

ondan yod, ton

112,3

98,2

26,6

Üzvi kimyəvi maddələr, min ton

528,8

96,9

59,3

ondan: etilen, min ton

94,4

108,1

1,1

propen (propilen), min ton

85,0

102

1

metanol (metil spirti), min ton

272,6

91,9

43

Etil spirti, min dkl

59,3

148,6

61,1

Gübrə və azot birləşmələri, min ton

371,0

101,9

44,6

Ondan: karbamid, min ton

370,8

101,9

44,5

İlkin formada plastik kütlə, min ton

180,2

107,3

26,2

ondan polietilen, min ton

91,0

109,2

11,8

Yapışqan və yapışdırıcı maddələr, min ton

97,3

161,9

10,7

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR