Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 402 440,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,2% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında sözügedən göstərici 1 359 156,6 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 792,1 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 2,6% artım müşahidə olunub.
İlin birinci yarısında qaz nəqlinin 55%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə əsasən“Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 11 442,2 mln. kubmetr qaz ötürülüb (1,8%-lik artım olub).