Bu ilin yanvar-iyul aylarında Azərbaycan 423 575,49 min ABŞ dolları dəyərində 546 348,35 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, həcmi isə 62,3% çox olub.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.