Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.
"APA-Economics" xəbər verir ki, muzeydə köhnə kitablar, köhnə kompüterlər, qurğular, məlumat daşıyıcıları və şəbəkə avadanlığı nümayiş etdiriləcək.
Muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında ("Elmlər akademiyası" metrostansiyasının yaxınlığı) yerləşəcək.