Bank Of Baku

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
# 17 iyul 2026 08:42 (UTC +04:00)

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bir sıra ərazilərində təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

APA-Economics xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, iyulun 17-də saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bildirilib ki, məhdudiyyət təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədardır.

"Azəriqaz" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR