Bank Of Baku

BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək

BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
# 30 iyun 2026 09:52 (UTC +04:00)

Yaxın Şərqdəki müharibənin qlobal enerji bazarlarına təsirləri fonunda dünyanın onlarla ölkəsi enerji səmərəliliyini enerji siyasətinin əsas istiqamətlərindən birinə çevirmək barədə razılığa gəlib.

APA-Economics” xəbər verir ki, bununla bağlı birgə bəyanat Monrealda Kanada hökumətinin dəstəyi ilə keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA, BEA) Enerji Səmərəliliyi üzrə XI Qlobal Konfransında qəbul olunub.

Bəyanatda qeyd edilir ki, Yaxın Şərqdə baş verən son hadisələr enerji səmərəliliyinin enerji xərclərinin azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və qiymət dəyişkənliyinin təsirlərinin məhdudlaşdırılması baxımından ən effektiv vasitələrdən biri olduğunu bir daha təsdiqləyib.

Dünya ölkələri həssas əhali qrupları, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin artırılması, binaların və məlumat emalı mərkəzlərinin enerji səmərəliliyinin yüksəldilməsi, həmçinin bu sahəyə investisiyaların cəlbi üçün inzibati maneələrin azaldılması istiqamətində tədbirləri gücləndirmək niyyətindədir.

Konfrans çərçivəsində COP31 Sədrliyi BEA-ya bu il Türkiyənin Antalya şşəhərində keçiriləcək COP31 üçün binaların enerji səmərəliliyi üzrə hədəfin hazırlanmasına dəstək məqsədilə xüsusi hesabat hazırlamağı tapşırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR