Bank Of Baku

Biləcərinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Biləcərinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq
# 02 mart 2026 10:34 (UTC +04:00)

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisinə daxil olan bəzi ərazilərdə elektrik enerjisi olmayacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, martın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR