Bank Of Baku

Binəqədi rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərində işıq olmayacaq
# 26 avqust 2025 08:49 (UTC +04:00)

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (Biləcəri ETSİ) daxil olan bir sıra ərazilərdə gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri ETSİ-nin ərazisində 26 avqust tarixində 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.

Bildirilir ki, gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR