Bank Of Baku

BP Azərbaycanda "yaşıl enerji" sahəsində planlarını açıqlayıb

BP Azərbaycanda "yaşıl enerji" sahəsində planlarını açıqlayıb
# 03 mart 2026 16:54 (UTC +04:00)

BP Cəbrayıl rayonunda inşa olunan 240 meqavat gücündə "Şəfəq" günəş elektrik stansiyasını 2027-ci ildə istismara verməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə Baş maliyyə meneceri Ayla Əzizova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, layihə "SOCAR Green", Macarıstanın MVM şirkəti və Azərbaycan Biznesin İnkişafı Fondu ilə birgə həyata keçirilir. Günəş stansiyası “Səngəçal” terminalının elektrikləşdirilməsi və əməliyyatların dekarbonizasiyası məqsədinə xidmət edəcək.

"Layihə çərçivəsində terminalın elektrik şəbəkəsinə qoşulması həyata keçirilir və hazırda tikinti işləri həm terminal ərazisində, həm də ondan kənarda davam edir. Yeni yarımstansiyanın tikintisi əsasən başa çatıb, hava xətlərinin dirəkləri quraşdırılıb və obyektin 2027-ci ildə enerji qəbul etməsi planlaşdırılır", - Ayla Əzizova qeyd edib.

Onun sözlərinə görə, Cəbrayılda günəş elektrik stansiyasının tikintisi çərçivəsində əsas avadanlıqların tədarükü tamamlanıb və 360 000 ədəd fotovoltaik modul, svay və konstruksiya elementləri sahəyə çatdırılıb. Hazırda svayların quraşdırılmasının təxminən 20 faizi yekunlaşdırılıb; bundan sonra izləyici sistemlərin və modulların quraşdırılması tamamlanacaq. Mexaniki tamamlanmadan sonra obyektin 2027-ci ildə istismar hazırlığı üçün sazlama sınaq işləri aparılacaq.

Şirkət nümayəndəsi bildirib ki, layihə yalnız elektrik istehsalı deyil, eyni zamanda qazın yanacaq kimi istifadəsinin azalması hesabına əlavə ixrac həcmlərinin formalaşmasına da imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR