Bank Of Baku

BTC ilə indiyədək nəql olunan Azərbaycan neftinin həcmi açıqlanıb

BTC ilə indiyədək nəql olunan Azərbaycan neftinin həcmi açıqlanıb
# 13 iyul 2026 11:01 (UTC +04:00)

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə indiyədək 559 mln. ton Azərbaycan nefti ixrac olunub.

Energetika Nazirliyindən "APA-Ecoonomics"ə verilən məlumata görə, kəmər vasitəsilə əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" yataqları blokunun nefti və "Şahdəniz" kondensatı nəql edilir.

"İstismara verildiyi tarixdən indiyədək BTC vasitəsilə 559 milyon tona yaxın Azərbaycan mənşəli neft və kondensat ixrac olunub", - məlumatda bildirilir.

Qeyd edək ki, bu gün BTC əsas ixrac boru kəmərinin açılışından 20 il ötür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR