Bank Of Baku

Bu gün Binəqədi rayonunun bir hissəsində işıq olmayacaq

Bu gün Binəqədi rayonunun bir hissəsində işıq olmayacaq
# 03 dekabr 2025 08:43 (UTC +04:00)

Bu gün Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Econoomics"ə verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR