Bank Of Baku

Cənubi Qafqaz boru kəməri ilə bu il 19 mlrd. kubmetrdən artıq qaz nəql olunub

Cənubi Qafqaz boru kəməri ilə bu il 19 mlrd. kubmetrdən artıq qaz nəql olunub
# 14 noyabr 2025 15:27 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 33 010,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 0,5% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 58%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 19 136,9 mln. kubmetr qaz ötürülüb (1,62%-lik artım olub).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR