Bank Of Baku

Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 4%-ə yaxın artıb

Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 4%-ə yaxın artıb
# 15 aprel 2026 09:15 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 125,1 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 3,3% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 50,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 653,4 mln. kubmetr qaz ötürülüb (3,8%-lik artım olub).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR