Bu il birinci yarısında Cənubi Qafqaz boru kəməri (CQBK) üzrə ümumi xərclər 60 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 25% artım deməkdir.
Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan məblağın 41 mln. dolları əməliyyat xərclərinin, 19 mln. dolları isə əsaslı xərclərin payına düşüb.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
“İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub”, - hesabatda qeyd olunur.
1 iyul 2026-cı il tarixindən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOIL (19,99%), TPAO (19,00%), NIKO (10,00%).