Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,48 ABŞ dolları və ya 1,50% azalaraq 96,93 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 98,41 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.