Bank Of Baku

Dünya əmtəə bazarlarında neft bir qədər ucuzlaşıb

Dünya əmtəə bazarlarında neft bir qədər ucuzlaşıb
# 11 sentyabr 2025 08:17 (UTC +04:00)

Sentyabrın 10-da dünya bazarlarında neftin qiymətində cüzi azalma qeydə alınıb.

APA-Economics xəbər verir ki, “Nyu-York Mercantile Exchange”də (Nymex) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% azalaraq 63,59 dollar/barel təşkil edib.

“ICE” birjasında noyabr fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti isə 0,06 dollar və ya 0,09% enərək 67,43 dollar/barel olub.

Qiymətlərin azalması investorların qlobal tələblə bağlı ehtiyatlı mövqeyi və bazarda təkliflə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR