Bank Of Baku

EIA gələn il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb

EIA gələn il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb
# 12 avqust 2026 08:57 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün maye karbohidrogenlərin qlobal gündəlik tələbatı üzrə proqnozunu açıqlayıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,96 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz – 104,81 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 2,23 mln. barel çoxdur.

Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,73 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz – 102,78), bu da ötən ilin göstəricisi ilə müqayisədə 1,25 mln. azalma deməkdir.

Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,98 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 1,18 mln. barel artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR