"Dünya ökələrinin ÜDM-i nəzərə alaraq TDT dövlətləri 184 ölkə içərisində Türkiyə ilə 13-cü, Qırğızıstan ilə isə 130-cu yerə qədər məsafəni əhatə edir".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, TDT dövlətləri öz güclərini birləşdirərsə, dünyada 184 ölkə arasında 7-ci mövqeyə çıxarıq: "İndiki artım tempini orta prespektivdə saxlamaq şərtilə TDT dövlətləri 7-ci yerdən 5-ci yerə yüksələ bilər. TDT dövlətlərinin iqtisadi artım tempi dünyanın artım tempindən yüksəkdir. TDT vahid güc mərkəzi kimi çox yüksək səviyyəyə nail olacaq".