Bank Of Baku

Gələn il qlobal LNG ticarətinin artımı səkkiz ilin ən yüksək səviyyəsinə çatacaq - PROQNOZ

Gələn il qlobal LNG ticarətinin artımı səkkiz ilin ən yüksək səviyyəsinə çatacaq - PROQNOZ
# 22 iyul 2025 13:42 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (BEA) 2025-ci il üçün qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin artımı ilə bağlı proqnozunu əvvəlki 5%-dən 5,5%-ə yüksəldib.

Bu barədə “APA-Economics” Agentliyin hesabatına istinadən xəbər verir.

“Hesabata görə, 2025-ci ilin yekununda qlobal LNG tədarükü 5,5% və ya 30 milyard kubmetr artacaq. Bu artım əsasən Şimali Amerikada yeni iri LNG layihələrinin həyata keçirilməsi hesabına təmin olunacaq”, - hesabatda qeyd olunur.

Agentliyin proqnozuna görə, artıq 2026-cı ildə dünya üzrə LNG təklifinin artım tempi 2019-cu ildən bəri ən yüksək göstəriciyə çatacaq – 7% və ya 40 milyard kubmetr. Bu artım əsasən ABŞ, Kanada və Qətərdəki yeni LNG layihələri hesabına təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR