Bank Of Baku

Gürcü nazir Qara dəniz sualtı kabelinin əhəmiyyətindən danışıb

Mariam Kvrivişvili

© APA | Mariam Kvrivişvili

# 21 oktyabr 2025 10:33 (UTC +04:00)

“Gürcüstan bütün nəqliyyat növləri üzrə əhəmiyyətli infrastruktur layihələri həyata keçirir, regiondaxili və regionlararası əlaqəni yaxşılaşdırır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BƏƏ-nin “Gulf News” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu layihələrə Anaklia dərin dəniz limanı, Tbilisidə yeni hava limanı, Şərq-Qərb avtomobil yolu, dəmir yolunun modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və müasir logistika mərkəzlərinin inkişafı daxildir.

Nazir Qara dəniz sualtı elektrik kabelinin əhəmiyyətindən də danışıb. O bildirib ki, bu layihə Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz regionu arasında tranzit imkanlarını artıracaq, Aİ-nin enerji balansının şaxələndirilməsində Gürcüstanın rolunu gücləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR