Bank Of Baku

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 6 dəfədən çox artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 6 dəfədən çox artırıb
# 20 oktyabr 2025 16:54 (UTC +04:00)

Bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan 372,76 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı 6,7 dəfə artıb.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 milyard 542 milyon kilovatt/saat təşkil edib. Bu həcmin əsas tədarükçüsü 672,73 milyon kilovatt/saatla Rusiya (43,6%) olub. Azərbaycan isə Gürcüstanın elektrik enerjisinə olan tələbatının 24,18%-ni təmin edib.

Yanvar-setnyabrda Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 519,94 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranziti həyata keçirilib. Bu göstərici illik müqayisədə 49% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR