Bank Of Baku

Heysəm əl-Qays: Bakıda keçirilən iclasın əsas işi Əməkdaşlıq Xartiyasının iş planını hazırlamaqdır

OPEC-in Baş katibi Heysəm əl-Qays

© APA | OPEC-in Baş katibi Heysəm əl-Qays

# 15 iyul 2026 11:01 (UTC +04:00)

Hazırda diqqət "OPEC+" Əməkdaşlıq Xartiyasının iş planının hazırlanmasına yönəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Heysəm əl-Qays Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası zamanı bildirib.

Onun sözlərinə görə, bu plan fəaliyyət və proqramların ətraflı siyahısını, eləcə də görüşlərin keçirilməsi üzrə vaxt cədvəlini əhatə edəcək.

"Bu ikinci mərhələnin cari ilin dekabr ayında nazirlər tərəfindən tamamlanaraq təsdiqlənməsi nəzərdə tutulur", - Heysəm əl-Qays qeyd edib.

Onun sözlərinə görə, 2026-cı il mayın 21-də, cəmi iki ay əvvəl keçirilən texniki görüş zamanı OPEC Katibliyi ilə Əməkdaşlıq Xartiyasının iştirakçı ölkələri arasında Xartiyanın aktivləşdirilməsi planının əsas elementləri üzrə sıx koordinasiya təmin edildi.

Daha sonra, iyunun 7-də keçirilən OPEC və qeyri-OPEC ölkələrinin 41-ci Nazirlər Görüşündə iştirakçı ölkələrin hörmətli nazirləri Xartiyanın məqsədlərinə nail olmaq üçün təklif olunan fəaliyyət planını təsdiqlədilər.

Heysəm əl-Qays bildirdi ki, nümayəndə heyətlərinin rəhbərləri və nazirlər, eyni zamanda, bu planın həyata keçirilməsinə rəhbərlik edəcək bugünkü Texniki Komitənin üzvlərinin namizədliyini irəli sürmək məqsədilə öz ölkələri ilə məsləhətləşmələr aparmaq öhdəliyi götürdülər.

May və iyun aylarında keçirilən bu uğurlu görüşlər iki mühüm mərhələdən birincisinin – Əməkdaşlıq Xartiyasının institusional çərçivəsinin formalaşdırılması mərhələsinin ( birinci mərhələ - red.)– uğurla başa çatmasına imkan verdi.

"Hər iki mərhələnin uğurla başa çatdırılması Əməkdaşlıq Xartiyasının planlaşdırıldığı kimi 2027-ci ilin yanvar ayından etibarən tam şəkildə fəaliyyətə başlamasını təmin etmək üçün zəruridir. Bu iclasın əsas vəzifəsi Əməkdaşlıq Xartiyasının iş planını hazırlamaq və bununla da ikinci mühüm mərhələnin uğurla başa çatdırılmasını təmin etməkdir.", - Heysəm əl-Qays vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR