Bank Of Baku

Hörmüz boğazı bir az da bağlı qalsa, neftin qiyməti 150 dollara çata bilər

Hörmüz boğazı bir az da bağlı qalsa, neftin qiyməti 150 dollara çata bilər
# 31 mart 2026 04:50 (UTC +04:00)

Hörmüz boğazının daha bir ay bağlanması “Brent” markalı xam neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

APA xəbər verir ki, bunu ABŞ-ın “JP Morgan” bankının baş iqtisadçısı Brus Kasman deyib.

"Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatının pozulmasına səbəb ola bilər", - o deyib.

Qeyd edək ki, martın 30-da Londonun “ICE” birjasında 2026-cı ilin iyun ayı üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə 115 dolları keçib, lakin sonradan 112,78 dollara düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR