Bank Of Baku

KİV: ABŞ neft istehsalçıları Hörmüz boğazından keçid üçün İrana ödəniş etməyə qarşıdırlar

KİV: ABŞ neft istehsalçıları Hörmüz boğazından keçid üçün İrana ödəniş etməyə qarşıdırlar
# 09 aprel 2026 12:30 (UTC +04:00)

ABŞ neft sənayesinin nümayəndələri ABŞ-ın İran ilə münaqişənin tənzimlənməsindən sonra gəmilərdən Hörmüz boğazından keçmə haqqı tələb etməsinə qarşı çıxıblar.

Bu barədə “Politico” qəzeti mənbələrə istinad edərək məlumat yayıb.

Nəşrə anonimlik şərti ilə danışan sahə üzrə məsləhətçi bildirib ki, neftçilər bu mövzu ilə bağlı dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens ilə danışıqlar aparırlar. Həmçinin məsələyə ilə bağlı ABŞ prezidenti Donald Tramp şəxsən də müraciət olunub.

Öncə sənaye nümayəndələri Ağ Ev rəsmiləri ilə görüşərək narahatlıqlarını ifadə ediblər, danışıqlarda iştirak edən şəxslərdən biri "Politico"ya bildirib.

Qeyd olunur ki, ABŞ-ın Ağ Ev sözçüsü Kərolin Livitt jurnalistlər üçün keçirilən son brifinqdə bildirib ki, ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etməsinə qarşıdır, lakin Vaşinqton və Tehran tərəfindən bunun birgə tətbiq olunması imkanını növbəti iki həftə ərzində müzakirə edəcəklər.
Öncə isə İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçılarının Birliyinin nümayəndəsi Həmid Hüseyni “Financial Times” qəzetinə bildirib ki, İslam Respublikasının hakimiyyəti neft tankerlərinin Hormuz boğazından keçməsi üçün hər barel üçün 1 ABŞ dolları tələb etmək, həmçinin istənilən gəmini yoxlamaq imkanına malik olmaq niyyətindədir. O, əlavə edib ki, ödəniş “Bitcoin” ilə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR