Bank Of Baku

Nardaran, Ramanı, Sabunçu və Maştağanın bir hissəsində qaz olmayacaq

Nardaran, Ramanı, Sabunçu və Maştağanın bir hissəsində qaz olmayacaq
# 24 iyun 2025 09:44 (UTC +04:00)

Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə 24.06.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramanı, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR