Bank Of Baku

Nəsimi rayonunun bəzi ərazilərdə işıq olmayacaq

Nəsimi rayonunun bəzi ərazilərdə işıq olmayacaq
# 24 fevral 2026 12:25 (UTC +04:00)

Bu gün paytaxtın Nəsimi rayonunun bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən obyektlərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR