Bank Of Baku

Novxanının bəzi ərazilərində işıq olmayacaq

Novxanının bəzi ərazilərində işıq olmayacaq
# 08 avqust 2025 11:52 (UTC +04:00)

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR