Bank Of Baku

OPEC 2026-2027-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

OPEC 2026-2027-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib
# 13 aprel 2026 16:49 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,87 mln. barel olacaq (proqnoz dəyişməyib) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,34 mln. barel çoxdur.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,53 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyibl), bu da 2025-ci ilin göstəricisi (105,15 mln. barel) ilə müqayisədə 1,38 mln. barel çoxdur.

Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR