SOCAR ölkəmizdə investisiya yatırımlarını genişləndirir.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib.
Onun sözlərinə görə, Özbəkistan enerji sektorunda xarici investisiyaların cəlbi və tərəfdaşların şaxələndirilməsi istiqamətində fəal iş aparır.
Nazir qeyd edib ki, əvvəllər əsasən podratçı kimi fəaliyyət göstərən bəzi xarici şirkətlər artıq ölkədə birbaşa investisiya yatırmağa başlayıblar.
“Bu gün eşitdiniz ki, SOCAR bp ilə birlikdə Özbəkistan ərazisində kəşfiyyat işlərinə başlayıb”, - deyə J. Mirzamahmudov vurğulayıb.
O bildirib ki, enerji sektorunda əldə olunan nəticələrin əsasında siyasi iradə, islahatlar, beynəlxalq əməkdaşlıq və investisiyalar dayanır. Nazir əlavə edib ki, regional əməkdaşlığın gücləndirilməsi enerji keçidi hədəflərinə nail olunmasında mühüm rol oynayır.