Bank Of Baku

"Qaradağ" GES-da istehsal olunan elektrik enerjisinin həcmi 1 mlrd. kilovat/saata çatacaq

"Qaradağ" GES-da istehsal olunan elektrik enerjisinin həcmi 1 mlrd. kilovat/saata çatacaq
# 02 oktyabr 2025 15:27 (UTC +04:00)

"Qaradağ" Günəş Elektrik Stansiyası (GES) istismara veriləndən (26.10.2023) cari ilin oktyabrın 26-na kimi burada 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Masdar" ölkənin əsas tərəfdaşlarından biridir və şirkətlə əməkdaş edilən layihələrdən biri də Qaradağ GES-in tikintisi layihəsi olub.

Cavid Abdullayev vurğulayıb ki, oktyabrın 26-da gücü 230 meqavat olan Qaradağ GES-in istismara verildiyindən iki il keçəcək və bu tarixədək stansiyada istehsal olunan elektrik enerjisinin həcminin 1 mlrd. kilovat/saata çatacağı gözlənilir.

"Biz stansiyanı istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilovat/saat elektrik enerjisini əldə olunacaq. Böyük ehtimalla, bu ilin 26 oktyabr tarixinə biz burada ümumi 1 mlrd. kilovat/saat elektrik enerjisinin istehsalına şahidlik edəcəyik", - Cavid Abdullayev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR