Bank Of Baku

Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq

Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq
# 25 iyul 2025 15:54 (UTC +04:00)

Qəbələ rayonu Vəndam qəsəbəsinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında Məsimov Samir Sabir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində cəmi 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR