Bank Of Baku

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılır

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılır
# 24 iyul 2025 09:35 (UTC +04:00)

"Qazprom Armenia" Ermənistana təbii qazın verilişinin müvəqqəti olaraq dayandırılacağına dair xəbərdarlıq edib.

APA xəbər verir ki, buna səbəb kimi Şimali Qafqaz-Zaqafqaziya tranzit magistral qaz kəmərinin Gürcüstan ərazisində iyulun 26-sı saat 19:00-dək qəza-bərpa işlərinin aparılması göstərilib.

Bildirilib ki, istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına məhdudlaşdırılmadan həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR